» » Ən çox korrupsiya faktı aşkarlanan nazirliklər –

Ən çox korrupsiya faktı aşkarlanan nazirliklər – FHN, DİN, MTN

Bölmə: Siyasət, BLOK XƏBƏR
Ən çox korrupsiya faktı aşkarlanan nazirliklər –Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bu ilin ilk rübündə korrupsiya cinayətlərinə dair daxil olan 190 material üzrə digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları yaradılıb. Bu günədək Milli Təhlükəsizlik Nazirliyi ilə 1, Daxili İşlər Nazirliyi ilə 101, Vergilər Nazirliyi ilə 19 cinayət işi üzrə istintaq-əməliyyat qrupları yaradılıb.

Onun sözlərinə görə, Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub. Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi hallarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin edilib.

Təkcə hüquq-mühafizə orqanlarından deyil, digər yoxlayıcı qurumlar tərəfindən də Baş İdarəyə materialların göndərilməsi təmin edilib. Baş İdarəyə məhkəmələrdən 20, Maliyyə Nazirliyindən 3, Səhiyyə Nazirliyindən 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından 1, digər prokurorluq orqanlarından 3, Təhsil Nazirliyindən 3, Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, digər qurumlardan isə 15 material göndərilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler