Qənirə Paşayevadan Roma papasına etiraz
14 aprel 2015 14:10
Baxış: 262
Şərh: 0
Çap
Türkiyədə olan millət vəkili Qənirə Paşayeva Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına münasibət bildirib. lent.az-ın məlumatına görə, millət vəkili bildirib ki, dünyada yaşayan türklər ciddi etiraz səsini ucaltmalıdır. “Xocalı Soyqırımının 23-cü ildönümü tamam oldu. Amma biz Roma Papasının bir cümlə açıqlamasını belə eşitmədik. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Papa 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb” - deyə, Q. Paşayevə əlavə edib. Qeyd edək ki, Roma Papası I Fransisk aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında qondarma erməni soyqırımı haqqında bəyanatla çıxış edib. 1915-ci il olaylarını XX əsrin ilk soyqırımı adlandıran papa baş verənlərdən təəssüfünü dilə gətirib.
|