Ərdoğanın İran səfəri başladı- FotolarBölmə: Siyasət, BLOK XƏBƏR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri başlayıb. Xalqinfo.az -ın məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə prezidentini Tehrandakı Sadabad Sarayında qarşılayıb. R.T.Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran və Türkiyə prezidentləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti əsasında reallaşdırılan səfərdə R.T.Ərdoğanı xarici işlər naziri Mövlut Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, gömrük və ticarət naziri Nurəddin Canıklı, enerji və təbii sərbətlər naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik və inkişaf naziri Cevdet Yılmaz müşaiyət edirlər. Türkiyədən İrana prezident səviyyəsində 4 il aradan sonra baş tutan ziyarətdə Türkiyə-İran Yüksək Səviyyəli İş Birliyi Şurasının ikinci toplantısı keçiriləcək. Həmçinin İranın dini lideri Ayətullah Seyyid Əli Xameneyi və prezident Həsən Ruhani ilə Tehranda görüş nəzərdə tutulur. Görüşlərdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələrin indiki vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.anspress |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|