» » Serj Putinə kələk gəldi

Serj Putinə kələk gəldi

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET
Serj Putinə kələk gəldiAmerikalılar Ermənistan prezidenti ilə işləməyə üstünlük verirlər.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə erməni şərhçi İqor Muradyan bu gün dərc olunmuş məqaləsində bildirir.

“Amerikalılar artıq iki ildir ki, Ermənistanda seçkilərin layihələndirilməsi ilə məşğuldurlar. Hələ ki, Ermənistanda Rusiyanın yox, Amerikanın təşəbbüsləri gerçəkləşdirilir”, - deyə şərhçi vurğulayır. Məqalə müəllifi bildirir ki, artıq Rusiya ilə Ermənistan arasında yeni münasibətlər yaranıb və bunu müttəfiqlik saymaq olmaz.

Ermənistanla Rusiya arasında münasibətlər rus əsgəri Valeri Permyakovun Gümrüdə erməni ailəyə divan tutmasından sonra daha da kəskinləşib.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler