» » "Münaqişənin tez bir zamanda nizamlanmasında maraqlıyıq" -

"Münaqişənin tez bir zamanda nizamlanmasında maraqlıyıq" - Prezident

Bölmə: Siyasət, BLOK XƏBƏR
"Münaqişənin tez bir zamanda nizamlanmasında maraqlıyıq" - Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı məsələlər geniş müzakirə olunub.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasında maraqlıdır və ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsi istiqamətində irəliləyişə nail olunması üçün səylərini əsirgəmir.

Bu prosesdə Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edən dövlət başçısı bu vəziyyətin uzun zaman davam etdirilməsinin yolverilməz olduğunu bildirib. Prezident İlham Əliyev münaqişənin ədalətli həlli istiqamətində Minsk qrupunun həmsədrlərinin, həmçinin beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının və onun müxtəlif qurumlarının daha fəal addımlar atmasının vacibliyini vurğulayıb.

Daha sonra görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler