DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR > “Mədəniyyət sahəsində idarəetmə düzgün olmayıb”

“Mədəniyyət sahəsində idarəetmə düzgün olmayıb”


28-02-2023, 13:26. Yerləşdirdi: Tural “Mədəniyyət sahəsində idarəetmə düzgün olmayıb”



“Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq. Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması zəruri və əhəmiyyətli məsələdir”.

“Xalqinfo” xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.

“Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri təhlil edirik, problemlərlə daha yaxından tanış oluruq. İnstisional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Həqiqəti səmimi olaraq bölüşmək, demək lazımdır. Hər zaman bu sahəyə diqqət və qayğı olsa da düzgün tətbiq edilməməsi istiqamətində ola bilsin ki, idarə yetərsizliyi olub.


Problemin kökü ondadır ki, uzun illərdir mədəniyyət sahəsində fəaliyyət tədbirçilik üzərində qurulub, fundamental və instutisional yanaşmalardan istifadə edilməyib. Bu sahədə ilk boşluqları müəyyən etdiyimiz əsas məqamlardan biri budur. Ciddi islahatlara başlamaq vaxtıdır. Bizi motivasiya edən, daha da fəallaşdıran məqam ondan ibarətdir ki, Azərbaycan mədəniyyəti çox dəyərli incəsənət xadimləri, mədəniyyət sahəsində mövcud olan dəyərli insanlarımızın fəaliyəti ilə daim məzmun qazanıb, mədəniyyətimizin zəngin tərəfləri istər ölkə daxilində, istərsə də xaricdə təqdim edilib”, - deyə nazir müavini bildirib.

A.Kərimli qeyd edib ki, müəyyən səbəblərdən kadr yanaşmaları fərqli istiqamətdə olub: “Xüsusilə də burada subyektiv səbəblər çoxdur. Bu sahədə geniş müzakirələrə ehtiyac var. Qeyri-maddi mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Bu isə bizim bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas istəyi məhz mədəniyyət sahəsinin inkişafı olmalıdır. Mədəniyyət sahəsində fəaliyyət yalnız müəyyən, vizual tədbirlərin görülməsindən ibarətdir, fundamental işlər isə görülmür. Mədəniyyət sahəsində boşluqların, nizamsızlığın qarşısını almaq üçün strateji dövlət sənədi qəbul edilməlidir”.
Geri qayıt