DataLife Engine > Mədəniyyət > "Film hazır olana kimi 14 kiloqram arıqladım"

"Film hazır olana kimi 14 kiloqram arıqladım"


13-04-2015, 15:53. Yerləşdirdi: Esi "Film hazır olana kimi 14 kiloqram arıqladım"Bu gün Nail Naiboğlunun rejissorluğu ilə ərsəyə gələn “Biznesmen" filminin qala gecəsi keçiriləcək
axşam.az-ın məlumatına görə, 6 aya başa gələn ekran işi Ramiz Abdullayevin eyniadlı pyesi əsasında çəkilib.

Nail Naiboğlu “Biznesmen”lə bağlı xəbər verib:
“Film hazır olana kimi 14 kiloqram arıqladım. Bu yaxınlarda bir-birinin ardınca yeni ekran işləri təqdim edilib. “Biznesmen” digərlərindən fərqlənir. Bu filmə ailəsi ilə baxanlar çıxanda mənə söyməyəcəklər. Sabahdan etibarən ekran işi bütün kinoteatrlarda yayımlanacaq. Bugünkü qalaya tam hazıram”.

Qeyd edək ki, ekran işində xalq artisti Arif Quliyev, aktrisa Xuraman Əlizadə, aparıcı Anar Nəcəfli, Kamran Quliyev rol alıblar.
Geri qayıt