“Yeşilçam” aktyoru vəfat etdiBölmə: Mədəniyyət
Məşhur türkiyəli aktyor Murat Soydan vəfat edib. Xalqinfo.az xəbər verir ki, “Yeşilçam”ın ulduzu 83 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı onun qızı Mehveş Soydan açıqlayıb. Əsl adı Rüçhan Tercan olan aktyor 2 oktyabr 1940-cı ildə İstanbulun Üsküdar bölgəsində anadan olub. 1966-cı ildə “Kolsuz kahraman” filmi ilə kino sənətinə başlayan Soydan 200-ə yaxın filmdə rol alıb. Seriallarda da çəkilən sənətçi bir müddət Kino Aktyorları Assosiasiyasının prezidenti olub. 1970-ci illərin məşhur aktyorlarından olan Murat Soydan bir çox filmdə Türkan Şoray və Hülya Koçyiğitlə baş rolu paylaşıb. 1972-ci ildə “Zulüm” filmindəki roluna görə 9-cu Antalya Qızıl Portağal Film Festivalında “Ən yaxşı kişi aktyor” mükafatını qazanıb. |
|