“Mədəniyyət sahəsində idarəetmə düzgün olmayıb”Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
![]() “Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq. Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması zəruri və əhəmiyyətli məsələdir”. “Xalqinfo” xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib. “Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri təhlil edirik, problemlərlə daha yaxından tanış oluruq. İnstisional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Həqiqəti səmimi olaraq bölüşmək, demək lazımdır. Hər zaman bu sahəyə diqqət və qayğı olsa da düzgün tətbiq edilməməsi istiqamətində ola bilsin ki, idarə yetərsizliyi olub. Problemin kökü ondadır ki, uzun illərdir mədəniyyət sahəsində fəaliyyət tədbirçilik üzərində qurulub, fundamental və instutisional yanaşmalardan istifadə edilməyib. Bu sahədə ilk boşluqları müəyyən etdiyimiz əsas məqamlardan biri budur. Ciddi islahatlara başlamaq vaxtıdır. Bizi motivasiya edən, daha da fəallaşdıran məqam ondan ibarətdir ki, Azərbaycan mədəniyyəti çox dəyərli incəsənət xadimləri, mədəniyyət sahəsində mövcud olan dəyərli insanlarımızın fəaliyəti ilə daim məzmun qazanıb, mədəniyyətimizin zəngin tərəfləri istər ölkə daxilində, istərsə də xaricdə təqdim edilib”, - deyə nazir müavini bildirib. A.Kərimli qeyd edib ki, müəyyən səbəblərdən kadr yanaşmaları fərqli istiqamətdə olub: “Xüsusilə də burada subyektiv səbəblər çoxdur. Bu sahədə geniş müzakirələrə ehtiyac var. Qeyri-maddi mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Bu isə bizim bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas istəyi məhz mədəniyyət sahəsinin inkişafı olmalıdır. Mədəniyyət sahəsində fəaliyyət yalnız müəyyən, vizual tədbirlərin görülməsindən ibarətdir, fundamental işlər isə görülmür. Mədəniyyət sahəsində boşluqların, nizamsızlığın qarşısını almaq üçün strateji dövlət sənədi qəbul edilməlidir”. |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|