» » Kino xidmətindən əlillərə hədiyyə -

Kino xidmətindən əlillərə hədiyyə - Foto

Bölmə: Mədəniyyət
Kino xidmətindən əlillərə hədiyyə - Bakı şəhər İcra Hakimiyyəti aparatının Kino Xidməti İdarəsi “Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. lent.az-ın məlumatına görə, Ramanadakı Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin peşə reablitasiya Mərkəzində keçirilən tədbirdə, "Sərhədsiz İncəsənət” layihəsi çərçivəsində tiflo və surdo şərhlə müşayət olunan "Şərikli çörək" filmi təqdim edildi.
Tədbirdə çıxış edən Bakı şəhər İcra Aparatının Kino Xidməti idarəsinin rəisi Gültəkin Nəriman bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Hazırda ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520793 nəfərdən çox əlilliyi olan şəxs var. Onlardan 62886 nəfərdən çoxu uşaqlardır.
Sonda tiflo və sordo tərcümə olunan "Şərikli çörək" filmindən parça və incəsənət ustalarının konserti təqdim olunub.
Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov Azərbaycanda yeni olan tiflo və surdo tərcüməli bir neçə filmin maliyyə dəstəyini öz üzərinə götürüb. Məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün son dərəcə əhəmiyyətli olan bu sahəni inkişaf etdirməkdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler