Londonda Leyla Əliyevanın kitabının təqdimatı keçirildi - FotoBölmə: Mədəniyyət, KİTAB ALƏMİ
![]() Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub. Xalqinfo.az xəbər verir ki, “Dünya yuxutək əriyir...” şeirlər kitabının “Ön söz”ünün müəllifi Azərbaycan Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuddur. Tədbiri giriş sözü ilə açan Avrasiya Mədəniyyət Qrupunun sədr müavini Mark (Marat) Axmedjanov qonaqları salamlayıb və kitab haqqında məlumat verib. Nəşrə daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçilər Karolina Valton və Anna Mariya Cekson çeviriblər. Tədbirdə kitabın redaktoru və tərcüməçisi Karolin Valton çıxış edərək deyib: “Bu vaxta qədər Leyla Əliyevanın yaradıcılığı haqqında heç bir məlumatım yox idi, lakin şeirlərinin tərcüməsi zamanı onun və Azərbaycan poeziyasının necə zəngin və dərin olduğunu anladım. Şeirlərin tərcüməsi zamanı çox böyük zövq aldım, Leyla Əliyevanın necə aydın və çoxşaxəli yaradıcılığının olduğunu gördüm. Onun çox gənc olması məni təəccübləndirdi. Leyla Əliyevanın başqa əsərləri ilə də tanış olmaq istəyirəm”. Daha sonra tərcüməçi kitabdan bir neçə şeir oxuyub və dinləyicilərin suallarını cavablandırıb. Nəşrdə müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri ilk dəfə olaraq ingilis oxucularına çatdırılır. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib. ![]() |
XƏBƏR LENTİ
31.01.23 13:21 | Səhlab Bağırov yeni yaradılan mərkəzin rəisi oldu
31.01.23 12:34 | Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30.01.23 15:41 | Azər Namazov işdən çıxarılıb
30.01.23 15:36 | Hollandiyadakı etirazda 768 ekoloji fəal saxlanıldı
30.01.23 15:31 | Prezidentlərin geniş tərkibdə görüşü olub
30.01.23 15:30 | Azərbaycan və Macarıstan Prezidentlərinin təkbətək görüşü oldu
30.01.23 15:15 | Ukraynalı səfir İran XİN-ə çağırıldı
30.01.23 15:12 | Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”
30.01.23 14:59 | Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir
30.01.23 14:58 | Sabah qar yağacaq, yollar buz bağlayacaq
30.01.23 14:51 | Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
30.01.23 14:34 | Azərbaycanda ŞOK: Milli Məclisin 75 yaşlı deputatı sünnət olundu
30.01.23 14:29 | Orxan Əsgərov dəfn olundu
30.01.23 14:26 | Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
|