Leyla Əliyeva qızı ilə Eminin konsertində - FotolarSarayın səhnəsində xüsusi dekorasiya və işıqlar qurlaşdırıldığı diqqətdən yayınmayıb. Emin daha sonra pərəstişkarlarının qarşısına çıxaraq hitlərini səsləndirməyə başlayıb. Pop ulduzun ilk ifasında zala Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladlığıa götürdüyü Əminə daxil olub. Sənətçi bundan sonra bütün tamaşaçıları salamlayıb, L. Əliyevaya konsertə gəldiyi üçün xüsusi minnətdarlığını bildirib. Konsert maraqlı məqamlarla yadda qalıb. Bundan əlavə, Emin Bayram adlı şəxsi səhnəyə dəvət edərək onun balaca bir sürprizinin olduğunu söyləyib. Gənc əlində gül dəstəsi ilə Ağalarovun yanına gəlib və sevdiyi qızı səhnəyə çağırıb. Daha sonra Bayram xanıma evlilik təklifi edib. Emin isə onlara xoşbəxtlik diləyib. Ağalarov konsertdə məşhur mahnısı olan “Woman”ı qızı Əminə üçün ifa edəcəyini bildirib: “Burada çox gözəl xanımlar var. Burada əyləşən kişiləri başa düşürəm. Onlar yanındakı xanımların təkidi ilə konsertə gəliblər. İndi oxuyacağım mahnını bütün xanımlara həsr edirəm. Ancaq etiraf edim ki, bəstəni birinci Əminə üçün oxuyacam”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|