» » Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi

Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi

Bölmə: Mədəniyyət
Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi
Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffərin xəstəxanaya yerləşdirilməsi haqqında məlumat yayılıb.

Xalqinfo.az-ın məlumatına əsasən, Milli.Az xəbərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün aktrisanın özü ilə əlaqə saxlamağa çalışıb.

Əməkdar artist telefon zənginə cavab verməsə də aktrisanın yaxınları yayılan məlumatı təsdiqləyiblər:

"Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq.

Bəzi instagram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək onu ittiham da edirdilər. Bilirik, tamaşaçıları Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə olaraq belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmaqlarını xahiş edirik" deyə aktrisanın yaxını bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler