Məşhur azərbaycanlı fotoqraf dünyasını dəyişdi - FotolarBölmə: Mədəniyyət
Fəaliyyətdə olduğu müddətdə minlərlə insanı tanıdan, lakin çox az adamın tanıdığı fotoqraf Oleq Litvin bu gün 81 yaşında vəfat edib. Xalqinfo.az xəbər verir ki, fotoqraf 6 iyul 1936-cı ildə Bakıda anadan olub. Uşaqlıq illəri Böyük Vətən Müharibəsi dövrünə düşən Oleq Bakı Neft Akademiyasında təhsil alıb. Fəaliyyətinə atasının ona bağışladığı kiçik kamera ilə başlayıb. Evində özü üçün kiçik fotostudiya düzəldib. Bununla da o, gələcək peşəsinə doğru ilk addımını atıb. Uzun müddət Azərbaycan və Rusiyada çap olunan müxtəlif qəzetlərdə fotoreportyor kimi çalışıb. Azərbaycan-Ermənistan münaqişəsinin başlanması ilə Oleq Litvinin fotoqrafiya fəaliyyəti müharibə məzmunu daşımağa başlayıb. Xocalı, Ağdam, Xankəndi hadisələri ilk dəfə onun kamerası vasitəsilə dünyaya təqdim olunub. Erməni işğalları zamanı Azərbaycana gələn BMT nümayəndələri ilə birgə cəbhəyə yollanıb və hadisələrin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərib. O, “Tass”, “Routers” kimi beynəlxalq xəbər agentliklərində və Avropa Parlamentində Qarabağ mövzusunu işıqlandıran ilk azərbaycanlı fotoqraf olub. Oleq Litvin Azərbaycan fotoqrafiyasına verdiyi töhfəyə görə “Humay” milli mükafatına layiq görülüb. |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|