» » “Britaniya və İrlandiyanın tarixi” Azərbaycan dilində nəşr olunub

“Britaniya və İrlandiyanın tarixi” Azərbaycan dilində nəşr olunub

Bölmə: Mədəniyyət
“Britaniya və İrlandiyanın tarixi” Azərbaycan dilində nəşr olunub
Bakıda Britaniya tarixinə dair fundamental kitab nəşr olunub.

Xalqinfo” xəbər verir ki, TEAS Press Nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap olunmuş 400 səhifəlik illüstrasiyalı soraq kitabı olan “Britaniya və İrlandiyanın tarixi” Britaniya adalarının ilk insan məskənlərindən, ilk britaniyalılardan, Daş dövründən ta müasir günümüzə qədərki zəngin və dramatik tarixini əks etdirir.

Kitabda həmçinin Orta əsrlər kilsə quruculuğundan və Yelizaveta dövrünün mədəni intibahından tutmuş Viktorian dövrü sənayesinə və qüdrətli Britaniya imperiyasının yaranmasına qədərki zəngin irs araşdırılır.

Altı fəsildən ibarət olan “Britaniya və İrlandiyanın tarixi” kitabını Britaniyanın şəkilli ensiklopediyası da adlandırmaq olar. Britonlardan və ilk işğallardan Marqaret Tetçerə və məşhur universitetlərə, futboldan və cazdan sənaye inqilabına və parlamentarizm ənənələrinin bərqərar olmasına qədər bir çox rəngarəng mövzuları əhatə edən kitabda kral və kraliçaların şəxsi həyatı, saray intriqaları, edamlar və siyasi qətllər, imperiyanın müstəmləkəçilik siyasəti, kilsənin cəmiyyətdəki rolu, britaniyalıların qələbələri və məğlubiyyətləri, sadə xalqın məişəti, zadəgan silkinin dəbdəbəli əyləncələri, sosial münaqişələr barədə maraqlı məlumatlar əldə etmək olar.

Kitabda hər mövzuya uyğun nadir fotoşəkillər və orijinal illüstrasiyalar verilib.

Britaniyalı müəlliflər kollektivinin çoxillik araşdırmalarının məhsulu olan kitab tarixçi-alimlər, tədqiqatçılar, habelə Britaniyanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və ictimai-siyasi həyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler