» » Ramiz Zöhrabov dəfn olundu -

Ramiz Zöhrabov dəfn olundu - Foto (Yeniləndi)

Bölmə: Mədəniyyət
Ramiz Zöhrabov dəfn olundu -
Təzəpir məscidində xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı şəhər Mədəniyyət və turizm baş idarəsinin müdiri Vüqar Zeynalov, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Fərhad Bədəlbəyli Ramiz Zöbrabovun vəfatının Azərbaycan mədəniyyəti və musiqisi üçün böyüt itki olduğunu deyib. Qeyd edib ki, R. Zöhrabov bəstəkar və musiqi tədqiqatçısı kimi onlarla əsərin, dərsliyin, monoqrafiyanın müəllifidir.

Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov R. Zöhrabovun həyat və yaradıcılığından, musiqişünas kimi xidmətlərindən, pedaqoji fəaliyyətindən danışıb.
Vida mərasimi başa çatandan sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.

"Şöhrət" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

***

Xalqinfo” xəbər verir ki, bu barədə Ölkə.az-a Zöhrabovun dostu, şair Vüqar Əhməd məlumat verib.

Qeyd edək ki, Muğam Müsabiqəsinin keçmiş jürisi R.Zöhrabovun oğlu, rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurmuş və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

Allah rəhmət eləsin!

Ramiz Zöhrabov dəfn olundu -
Ramiz Zöhrabov dəfn olundu -
Ramiz Zöhrabov dəfn olundu -
Ramiz Zöhrabov dəfn olundu -
Ramiz Zöhrabov dəfn olundu -
Ramiz Zöhrabov dəfn olundu -
Ramiz Zöhrabov dəfn olundu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler