Əbülfəs Qarayev Almaniyaya getdiBölmə: Mədəniyyət
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 8-12 mart 2017-ci il tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir. "Xalqinfo" xəbər verir ki, 7 mart tarixində sərginin açılış mərasimi, 8 mart tarixində isə Azərbaycanın stendinin açılışı baş tutacaqdır. Səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, İTB Berlin sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremer arasında görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Əbülfəs Qarayevin həmçinin cari ilin 8 mart tarixində İTB Berlin sərgisi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirakı planlaşdırılır. |
XƏBƏR LENTİ
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|