» » "Novruz sevincləri" sizi gözləyir

"Novruz sevincləri" sizi gözləyir

Bölmə: Mədəniyyət
"Novruz sevincləri" sizi gözləyir
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə martın 18-19-da Nizami Kino Mərkəzində Novruz bayramı ilə əlaqədar "Novruz sevincləri" adlı bayram şənlikləri keçiriləcək.

Xalqinfo.az bildirir ki, şənlikdə Dədə Qorqud, Kosa, Keçəl, Bahar qızı və nağıl qəhrəmanlarının iştirakı ilə kiçik qonaqlara tamaşa göstəriləcək.

Həmçinin, uşaqları Kosa və Keçəlin əyləncəli şousu, tanınmış müğənnilərin çıxışları, rəqslər, müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir.

Bütün uşaqlar və valideynlər bayram şənliklərinə dəvətlidirlər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler