Kafedranın əməkdaşları Misir Mədəniyyət MərkəzindəBölmə: Mədəniyyət
Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin rəhbərliyi ilə kafedranın əməkdaşları, magistrant və doktorantları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar. Xalqİnfo.az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, mərkəzin müdiri Əhməd Sami Elaydi fakültə rəhbərliyi və kafedra əməkdaşları ilə yenidən görüşməkdən məmnunluğunu ifadə edib. Görüşü Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin davamı olaraq dəyərləndirən diplomat bildirib ki, jurnalistika fakültəsinin müəllim və tələbələri üçün ərəb dili kurslarının başlanmasıyla bağlı təşkilati işlər yekunlaşıb, yaxın günlərdə kurslara start veriləcək. Eyni zamanda Misirin məşhur “Əl-Əxbar” qəzetinin “Ədəbiyyat xəbərləri” jurnalının baş redaktoru və Yaxın Şərq Xəbər Agentliyinin (MENA) direktor müavininin Jurnalistika fakültəsində mühazirəsi təşkil ediləcək. Görüş Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası, auditoriyaları, konfrans zalı və sərgi otaqları ilə tanışlıqdan sonra başa çatıb. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|