» » Akademikin 100 illiyi qeyd olunub

Akademikin 100 illiyi qeyd olunub

Bölmə: Mədəniyyət
Akademikin 100 illiyi qeyd olunub

Dünya şöhrətli riyaziyyatçı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Rəsulovun anadan olmasının 100 illiyi doğulduğu Şəki şəhərində təntənə ilə qeyd olunub.

Xalqİnfo” xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində tanınmış elm xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirini şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Azərbaycanın elm tarixində özünəməxsus yeri olan akademik Məcid Rəsulovun 100 illik yubileyinin onun anadan olduğu Şəki şəhərində keçirilməsinin şəhərin elmi və ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib.

Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda riyaziyyat elminin inkişafına böyük töhfələr vermiş görkəmli alimin elmi fəaliyyətindən bəhs edib.

Yubiley tədbirində, həmçinin təhsil nazirinin müşaviri, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun və digərlərinin akademik Məcid Rəsulov haqqında xatirələri dinlənilib, alimin həyatı və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Akademikin 100 illiyi qeyd olunub
Akademikin 100 illiyi qeyd olunub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler