Frankfurtda “Azərbaycanda multikultural dəyərlər” adlı tədbirBölmə: Mədəniyyət, KİTAB ALƏMİ
![]() 19 oktyabrdan etibarən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz Frankfurt Kitab Sərgisində iştirak edir. "Xalqİnfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, sərgi çərçivəsində bu gün milli stenddə “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir baş tutub. Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramin Həsənov tədbirin açılış nitqini səsləndirib, Azərbaycanda multikulturalizm ənənələri və hal-hazırda bu sahədə görülmüş işlər haqqında geniş məlumat verib. Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışı zamanı multikultural dəyərlərin əsrlər boyunca ölkəmizdə mövcud olması, orada yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin hər zaman qorunması və inkişafından bəhs edib Ardınca Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə İsmayılova Patzer, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin millət vəkili Rahim Şmitt və Şprenflingen Gensingen İcmalar Birliyinin rəhbəri Manfred Şerer çıxış edib və multikultural dəyərlərin Azərbaycandakı və dünyadakı hazırki vəziyyəti barədə məlumat veriblər. Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara multikulturalizmlə bağlı çap olunmuş kitablar hədiyyə edilib. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|