» » Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının müstəqilliyimizə həsr olunmuş təqdimatı

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının müstəqilliyimizə həsr olunmuş təqdimatı

Bölmə: Mədəniyyət
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının müstəqilliyimizə həsr olunmuş təqdimatı
Bugün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan – 25 illik
misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili www.azerbaijan25.az” layihəsi çərçivəsində hazırlanan saytın təqdimatını edib.

Xalqİnfo.az[code][/code] xəbər verir ki, tədbirdə Millət vəkili Qənirə Paşayeva,
Millət vəkili Adil Əliyev, Millət vəkili Elşən Musayev, QHT
media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri
Səbuhi Abbasov açaraq layihə barədə ətraflı məlumat verdi. Son 25 ildə ölkəmizin
dünyada layiqli yer tutmasında Ulu Öndərin xidmətlərindən danışdı: "Bugün biz qazandığımız bütün
uğurlara görə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna borcluyuq. Bu siyasi kursun
Prezident İlham Əliyev tərəfindən uğurla icrası isə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır.
Biz layihə çərçivəsində son 25 ildə müxtəlif istiqamətlərdə qazanılan uğurlar haqqında sistematik məlumat bazası yaratmışıq.
Layihə həm paytaxtda, həm də müxtəlif regionlarımızda həyata keçirilib. Biz eyni zamanda layihə çərçivəsində
Moskvada da böyük bir tədbir reallaşdırdıq. Bir daha QHT-lərə Dövlət Dəstəyi Şurasına
verilən dəstəyə görə öz təşəkkürümü bildirirəm. Hesab edirəm bu layihə çərçivəsində hazırlanan sayt bir neçə dildə tərtib
edilərək xarici ölkələrdə təqdim olunmalıdır”

Millət vəkili Qənirə Paşayeva çıxış edərək 25 ildə ölkmizin beynlxalq arenada layiqli yer tutmasında danışdı.
Q.Paşayeva Azərbaycanın tam müstəqil dövlət kimi Prezident İlham Əliyevin
rəhbərliyi ilə daha da yüksək zirvələrə çatacağını dedi: "Çox sevindirici haldır ki, bugun Azərbaycanın
adı gələndə hər kəs tolerant bir ölkə kimi tanıyır. Biz bugün bütün mümkün imkanlardan istifadə edərək
ölkəmizi dünyada layiqincə təbliğ etməliyik. Təklif edirəm bu sayt müxtəlif dillərdə də tərtib olunsun, bu çox önəmlidir”

Millət vəkili Adil Əliyev isə çıxışında ölkəmizin 25 ildə müxtəlif sahələrdə, xüsusən də idman
sahəsində qazandığı uğurlardan danışdı. A.Əliyev Azərbaycanın dünyada beynəlxalq tədbirlərin keçirildiyi
məkan kimi də tanındığını dedi: "Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə
müxtəlif sahələrin inkişafı üçün proqramlar qəbul edilib. Eyni zamanda idman sahəsinə xüsusi diqqət ayrılır.
Azərbaycan dünyada həm də beynəlxlaq idman yarışlarının, olimpiadaların keçirildiyi məkan kimi tanınır”

Sonra Millət vəkili Elşən Musayev çıxış edərək Azərbaycanın 25 ildə nəinki regionda,
hətta MDB ölkələri arasında lider ölkə səviyyəsinə qalxmasını olduqca böyük
əhəmiyyətə malik olduğunu dedi: "Bugün əsasən Ulu Öndər tərəfindən qoyulan siyasi kurs Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyada baş verən proseslərə
nəzər salsaq görərik ki, siyasi və iqtisadi gücü zəif olan dövlətlər məhvə doğru gedir. Ancaq ölkəmiz
ilbəil daha da inkişaf edir, daha da çiçəklərin. Biz bu sabitliyin, bu inkişafın qədrini bilməliyik.
Bu kimi innovativ layihələrin həyata keçirilməsi olduqca vacibdir.”

ASGA Anlitik təhlil mərkəzinin rəhbəri
Azər Verdiyev isə çıxışında Ulu Öndər Heydər Əliyevin
"Azərbaycan dünyaya günəş kimi doğacaq” şüarının bugün reallığa çevrildiyini dedi.
Prezident İlham Əliyev tərəfindən aparılan sistematik siyasətin nəticəsində
ölkəmizin ilbəil daha da inkişaf etdiyi dedi. A.Verdiyev həmçinin Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyətimizin qorunması,
saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışdı.

Daha sonra AMEA-nın Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu
çıxış edərək son 25 ildə elm sahəsində qazanılan uğurlardan danışdı. C.İmayıloğlu Azərbaycan gəncinin
səsinin dünyanın bir çox ölkələrinin yüksək tribunalarından gəldiyini dedi.

Sonra "Mənim təhsilim mənim gələcəyim” kampaniyasının fikir müəllifi
Rövşən Nəcəfov çıxış edərək 25 illik müstəqillik dönəmində həyata keçirilən
gənclər siyasətinin dünya ölkələri üçün model olduğunu dedi. R.Nəcəfov ölkədə sağlam və intellektual
gəncliyin inkişafı üçün bütün mümkün addımların atıldığını ded. O, Azərbaycan gəncliyinin səsinin dünyanın
müxtəlif ölkələrindən fəxrlə gəldiyini qeyd etdi. (7news.az)

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler