» » Sarabski Bakıda konsert verəcək

Sarabski Bakıda konsert verəcək

Bölmə: Mədəniyyət
Sarabski Bakıda konsert verəcək
Oktyabrın 27-də azərbaycanlı gənc caz ifaçılar İsfar Sarabski və Rain Sultanov “Badi-Kubə” kirxanın səhnəsində cazsevərlərlə görüşəcəklər.

"Xalqİnfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə ifaçılar öz repertuarından populyar caz musiqi nömrələri səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcəklər.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları və kvartetləri qatılacaq.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler