» » London LIVE kanalında “Sonsuz Dəhliz” filminin nümayişi keçirilib

London LIVE kanalında “Sonsuz Dəhliz” filminin nümayişi keçirilib

Bölmə: Mədəniyyət
London LIVE kanalında “Sonsuz Dəhliz” filminin nümayişi keçirilibMayın 19-da “London LİVE” televiziya kanalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin nümayişi keçirilib.

Xalqinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.

“Sonsuz dəhliz” sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda baş vermiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.



Jalə Hüseynova



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler