“Vaqif Səmədoğluna çox böyük hörmətim olub” – Sərdar CəlaloğluBölmə: Mədəniyyət
![]() Bu sözləri aznews.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, bunun səbəbini ADP-nin partiya olaraq dövlət tədbirlərinə çağırılmaması ilə izah edib. “Mən bu məsələni Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşdə də müzakirə etdim. Ona bildirdim ki, dövlət tədbirlərində müxalifətin iştirakı vacibdir. Vaqif Səmədoğlunun da dəfn mərasimi dövlət tədbiri olduğundan təbii ki, biz orda iştirak etməyəcəyik. Allah Vaqif Səmədoğluna rəhmət eləsin”, - deyə Sərdar Cəlaloğlu vurğulayıb. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu Vaqif Səmədoğlu ilə aralarında olan narazılıqdan da söz açıb: “Belə bir söz var, ölənlər haqqında ya yaxşı danış, ya da sus. Çünki onlar artıq insanların mühakiməsindən çıxıb, Allahın mühakiməsinə daxil olurlar. Ölən insanlar haqda pis deməyə bizim heç birimizin mənəvi haqqımız yoxdur. Vaqif Səmədoğlu ilə sağlığında mənimlə hansısa münaqişənin olması mətbuat nümayəndələrinin anlaşılmaz hərəkətlərindən baş verib. Onlar yanlış olaraq bizim qeyri-rəsmi apardığımız məsələni öz istədikləri kimi yozmuşdular. Vaqif bəy də bununla bağlı mənim ünvanıma olduqca kəskin ifadələr işlətmişdi. Mən də məcbur olub onun cavabını verdim, məsələ bununla bitdi. Mənim Vaqif bəylə heç bir alıb-verəcəyim, münaqişəm yox idi. Mən ona sağlığında çox böyük hörmət etmişəm. Heç vaxt onun barəsində də danışmamışam”. Partiya sədri qeyd edib ki, bu anlaşılmazlığın kökündə onun Səməd Vurğunun yaradıcılığı və şəxsiyyəti ilə bağlı konkret mövqeyi durur. “Mənim iradım budur ki, sovet insanını formalaşdıran kodlar müstəqil Azərbaycan vətəndaşı üçün yetərli deyil, o kodlardan imtina edilməlidir. Bu problemi biz həll etməliyik. Mənim bu fikrim bütünlüklə sovet ədəbiyyatına aiddir”, - deyə Sərdar Cəlaloğlu əlavə edib. Qeyd edək ki, Sərdar Cəlaloğlu öz müsahibəsində "Həmişə xalqını, dövlətini sevən insanlar onun düşməni kimi qələmə verilib. Bu gün mən o vəziyyətdəyəm. Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib" sözlərini demişdi. Bu isə Xalq şairi Vaqif Səmədoğlunun qəzəbinə səbəb olmuşdu. O, Sərdar Cəlaloğluya “Ayıb olsun ona” cavabını vermişdi. |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|