» » Avropanın "növbəti Ukraynası" bu ölkədir -

Avropanın "növbəti Ukraynası" bu ölkədir - Kremldən mesaj

Bölmə: MARAQLI, BLOK XƏBƏR
Avropanın "növbəti Ukraynası" bu ölkədir -




“Qərb siyasətçiləri Moldovanı “növbəti Ukrayna” rolu üçün nəzərdən keçirirlər və artıq demək olar ki, “hər şeyə hazır olan” prezident təyin ediblər”.

Xalqinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”-yə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, “Qərb NATO-ya üzv olmaq istəyən və Rumıniya vətəndaşlığına malik olan Maya Sandunu kifayət qədər spesifik üsullarla ölkə prezidenti postuna qoya bilib”.

“O, Rumıniya ilə birləşməyə hazırdır və ümumiyyətlə, demək olar ki, hər şeyə hazırdır”, - deyə nazir yekunlaşdırıb.

Xatırladaq ki, ötən ay Maya Sandu “Politico”-ya müsahibəsində Moldovanın NATO-ya daxil olmaq üçün konstitusiyada təsbit olunmuş neytral statusundan imtina edə biləcəyini deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler