» » İcra başçısı təyin edilən jurnalistlər: Onlar kimlərdir?

İcra başçısı təyin edilən jurnalistlər: Onlar kimlərdir?

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
İcra başçısı təyin edilən jurnalistlər: Onlar kimlərdir?
Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir vaxtlar İctimai Televiziyada çalışan Tahir Nadir oğlu Məmmədovun icra başçısı təyin edilməsi hazırda rayon rəhbəri funksiyasını icra edən jurnalistlər mövzusunu bir daha gündəmə gətirdi.

Xalqinfo.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da jurnalistika fakültəsinin məzunudur.

O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İcra başçısı 1969-1977-ci illərdə Bərdə rayonda dərc edilən “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də ixtisasca jurnalistdir, amma jurnalist kimi aktiv fəaliyyət göstərməyib.

Qeyd edək ki, jurnalistlər arasında Milli Məclisdə təmsil olunanlar daha çoxdur. Belə ki, Elmira Axundova, Qənirə Paşayeva, Aqil Abbas, Əflatun Amaşov, Hikmət Babaoğlu, Bəxtiyar Sadıqov və s. kimi ictimaiyyətin də yaxşı tanıdığı millət vəkilləri jurnalistdirlər və bəziləri hazırda da media qurumu rəhbəri kimi fəaliyyətlərini davam etdirirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler