» » Avropanın ən uzunömürlü insanları bu regionda yaşayır

Avropanın ən uzunömürlü insanları bu regionda yaşayır

Bölmə: MARAQLI
Avropanın ən uzunömürlü insanları bu regionda yaşayır
Avropada ən uzunömürlü insanlar Aralıq regionunda yaşayırlar. İspanlar və italyanlar orta hesabla 83,4 il ömür sürürlər.

Azərtac xəbər verir ki, siyahıda sonrakı yerlərdə Fransa, Lüksemburq və Kipr (hər biri 82,7 il), Malta (82,6 il), İsveç (82,4 il) Avstriya və İrlandiya (81,8 il) yer alıb. Avropanın ən çox əhaliyə malik ölkəsi Almaniyada isə orta ömür həddi 81 ildir. Siyahıda son yerləri isə Bolqarıstan, Latviya və Litva (hər birində 74,9 il) tutub.

Ölkələrin regionlarında əhalinin orta yaş həddinə gəldikdə isə yenə də Aralıq regionu ön cərgədə yer alıb. İspaniyanın Madrid regionunun sakinləri orta hesabla 85,2 il ömür sürürlər, sonrakı yerdə isə həmin ölkənin La Rioxa və Kastilya Leon regionları və İtaliyanın Trento Muxtar Vilayəti (hər birində 84,3 il) tutur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler