» » İran İnstaqrama da şərt qoydu -

İran İnstaqrama da şərt qoydu - Əks halda bağlanacaq

Bölmə: MARAQLI
İran İnstaqrama da şərt qoydu - İran Kiber Dünya Ali Şurasının rəhbəri Əbülhəsən Firuzabadi ölkədə populyar olan İnstaqramla bağlı açıqlama verib.

Xalqinfo.az “Posta”ya istinadən xəbər verir ki, Firuzabadi İnstaqramın İranda rəsmi təmsilçilik açması və iranlı istifadəçilərin məlumatlarını bu ölkədə qurulacaq məlumat mərkəzlərində saxlamasını təklif edib.

Təklif qəbul edilməyəcəyi təqdirdə bu sosial şəbəkənin bağlanılacağı barədə xəbərdarlıq verilib.

Şura rəhbəri İnstaqram rəsmiləri ilə bir neçə dəfə görüş keçirilsə də, müsbət nəticənin əldə olunmadığını söyləyib. Hazırda bu istiqamətdə danışıqlar davam edir.

Qeyd edək ki, “Teleqram” sosial şəbəkəsi də həmin şərti qəbul etmədiyi üçün 26 apreldə İranda fəaliyyətinə son qoyulmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler