» » Türkiyə mətbuatı Bakını Parisə bənzətdi - Fotolar

Türkiyə mətbuatı Bakını Parisə bənzətdi - Fotolar

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Türkiyə mətbuatı Bakını Parisə bənzətdi - Fotolar
Fərqli memarlıq üslubları ilə məşhur olan Bakı Türkiyə ilə yanaşı, digər dövlətlərin də diqqətini çəkib.

Paytaxt Bakıda Sovet dövründən qalma binaların sökülərək yeni və müasir texnologiyalara cavab verən binalarla əvəzlənməsi Türkiyə mətbuatının marağına səbəb olub.

Türkiyə mətbuatında yer alan xəbərdə, Bakının geniş bulvarları və möhtəşəm binaları ilə ikinci Parisi xatırlatdığı qeyd olunub. Xəzər dənizi sahillərində Sidneyin Opera binasına bənzər binaların olması şəhəri daha maraqlı edir.

Üzəri LED işıqlarla bəzədilmiş 3 Alov Qülləsi isə ən möhtəşəm memarlıq nümunələrindən biridir. Üzəri şüşələrlə işlənmiş qüllələrin üzərində gecələr Azərbaycanın üç rəngli bayrağının rəsmi canlanır.
Şəhərin bəzi hissələrində orta əsrləri xatırladan Ərəb, İran, Osmanlı havası sezilir. Xəzər dənizi sahillərində inşa edilən möhtəşəm binalar şəhərə klassik Avropa, Sidney və Dubay havası qatır.

Sovet dövründən qalma məhəllələr sökülərək yerlərində parklar, istirahət məkanları, alış-veriş mərkəzləri və yeni parlaq göydələnlərdən ibarət şəhərçiklər salınır.

Mehriban Əliyevanın təşəbbüsü ilə 221 hektarlıq ərazidə 19-cu əsr Paris arxitekturası əsasında salınan küçələr şəhərə ayrı gözəllik qatır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler