» » Şah türbəsini dünyanın ən güclüləri qoruyacaq

Şah türbəsini dünyanın ən güclüləri qoruyacaq

Bölmə: MARAQLI
 Şah türbəsini dünyanın ən güclüləri qoruyacaq

Türkiyənin Suriya ərazisində yerləşən Süleyman Şah türbəsinə ola biləcək hücum ehtimalı türk ordusunu hərəkətə gətirib.


Axar.az xəbər verir ki, bundan sonra türbəni ordunun xüsusi təyinatlı qüvvələri qoruyacaq.

Hücum olduğu təqdirdə dünyanın ən güclü xüsusi təyinatlı qüvvəsi hesab olunan “Bordo Berelilər”müdaxilə edəcək.

Xatırladaq ki, Türkiyənin “Bordo Berelilər” xüsusi təyinatlılarının əsgərləri 3 il yarımlıq bir vaxt ərzində yetişdirilir. Bu müddət ərzində dərs alan təyinatlılar qaçış, paraşütlə tullanma, təhlükəli manevrlər, sualtı hərəkət, cəld nişanalma, ən çətin şəraitdə uzun müddət yaşama, düşmən qüvvələrini səssiz məhv etmək və kəşfiyyat məlumatlarının əldə edilməsi kimi mühüm hərbi xüsusiyyətlərinə görə dünyada ilk sıradadır.

2011-ci ildə 26 ölkənin xüsusi təyinatlılarının iştirakı ilə Almaniyada keçirilən “Dünya Xüsusi Qüvvələri” çempionatında tarixi bir uğura imza atan “Bordo Berelilər” ABŞ-ın dünyaca məşhur “Rangers” və “Delta Force” təyinatlılarını geridə qoymuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler