» » Bir qıza görə dünyanı ayağa qaldırdı

Bir qıza görə dünyanı ayağa qaldırdı

Bölmə: MARAQLI
Bir qıza görə dünyanı ayağa qaldırdı

Barselona-Dublin reysiylə uçan 24 yaşlı Ceymi Kelli yanında oturan qıza aşiq olub. Təyyarədən düşəndən sonra qızı itirən irlandiyalı Ceymi sosial şəbəkələrdə “Keti tapın” adlı kampaniyaya start verib. Bir çox məşhur simaların da qatıldığı və "findkatie" haştəqi ilə aparılan axtarışlar öz nəticəsini verib. Ceymi və Ketinin həyatı isə əsl Hollivud filminə çevrilib.

“The Guardian” xəbər verir ki, 24 yaşlı Ceymi Kelli Barselondan Dublinə uçarkən yanında əyləşən kanadalı Keti Moro ilə tanış olub. Gənclər yolboyu söhbət edib, qiyabi tanış olublar. Pasport qeydiyyatı zamanı Ceymi və Keti biri-birini itirib. Tərslikdən onlar telefon nömrələrini də öyrənməyiblər.

Əvvəlcə, Ceymi ilk uçuşda aşiq olduğu xanımı “Facebook”da axtarmaq qərarına qəlib. Ancaq soyadını və telefon nömrəsini bilmədiyi üçün axtarışlar nəticəsiz qalıb. Turizm şirkəti də müştərilərin şəxsi məlumatlarını yayımlamadıqlarını açıqlayandan sonra gənc oğlan xilası “Twitter” də tapıb.

Kelli “Find Katie" (Ketini tapın) və “LoveAtFirstFlight” (ilk uçuşda məhəbbət) adlı haştəqlər yaradıb və tezliklə bu haştəqlər minlərlə insanın diqqətini cəlb edib.

Radio dalğalarına dəvət olunan və Amerika telekanallarının “İrlandiyalı Romeo” adlandırdığı Ceymiyə dünyanın bir çox ölkələrindən və məşhur aktyor, modellərdən dəstək gəlib.

Bir gün Ketinin bacısı “CBS” kanalında qonaq olan Ceymini görüb və onun axtardığı qızın bacısı olduğunu dərhal başa düşüb. Gənclər sosial şəbəkə vasitəsilə yazışıb və yaxın günlərdə görüşməyi planlaşdırırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler