» » Türk gənc Hollivud ulduzu ilə şəkil çəkdirdi -

Türk gənc Hollivud ulduzu ilə şəkil çəkdirdi - ABŞ cinayət işi açdı

Bölmə: MARAQLI
Türk gənc Hollivud ulduzu ilə şəkil çəkdirdi -

Türkiyədə tanınmış Hollivud ulduzları ilə şəkil çəkdirən şəxs barəsində cinayət işi açılıb.

Xalqİnfo” xarici KİV-ə istinadən xəbər verir ki, məşhur Hollivud ulduzları Skarlet Yohansan, Kris Evans və əfsanəvi basketbolçu Ray Allen amerikalı əsgərlərin əhval-ruhiyyələrini yüksəltmək üçün Adanadakı İncirlik hərbi hava bazasına gəlib. Yalnız hərbçilərin olduğu, güclü təhlükəsizlik tədbirlərinin görüldüyü bazaya Adanadan olan bir gənc gizli yolla daxil olub.

Məşhurlarla şəkillər çəkdirən gənc fotoları sosial şəbəkə hesabında paylaşdıqdan qısa müddət sonra fenomenə çevrilib. O, fotolarla yanaşı, izləyicilərlə təəssüratını bölüşməyi də unutmayıb. Gənc hərbi bazada ondan başqa sivil şəxs olmadığını, diqqət çəkməsinə baxmayaraq, dünya ulduzlarına yaxınlaşıb şəkil çəkdirdiyini deyib. Lakin onun bu cəsarətli addımı başına bəla olub. Artıq ABŞ gəncin barəsində cinayət işi açılıb və onun bazaya hansı yollarla daxil olduğu araşdırılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler