» » Corabınızda soğan varsa, həyatınız dəyişə bilər...

Corabınızda soğan varsa, həyatınız dəyişə bilər...

Bölmə: MARAQLI, GÜNDƏM
Corabınızda soğan varsa, həyatınız dəyişə bilər...
Çin təbibləri sağlam həyat üçün soğan-sarımsaq formulasını kəşf ediblər

Çin təbibləri sağlam orqanizm üçün yeni və fərqli metodlar kəşf ediblər. Zaman-zaman tibb dünyası bu yeni kəşflərdən yararlanır və ondan istifadə edir. Son olaraq “soğan-sarımsaq” metodu gündəmi zəbt edib. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Çin ənənəvi tibbində “meridian” anlayışı var. Bu anlayışa əsasən, insan orqanizmində enerji sirkulyasiyası baş verir. Akupunktur da elə bu həmin meridianları stimulyasiya edir. Nəzərə almaq lazımdır ki, sözügedən meridianlar bəlli daxili orqanlarla əlaqəlidir, onların köməyi ilə xəstəlikləri müalicə etmək olar.

İnsanın ayaqlarında 7000-ə yaxın sinir sonluqları yerləşir. Çin teoriyasına görə, bu, insan orqanizmindəki bütün orqanlarla əlaqəlidir. Amma bir problem var - bu meridian vasitəsilə yayılan enerji passivləşir. Çünki müasir insanlar davamlı olaraq ayaqqabı geyinirlər. Odur ki, meridianları doğru stimulyasiya etmək lazımdır. Bunun əsas üsulu isə maksimum çox ayaqyalın gəzmək, ya da corabın içinə adi soğan yerləşdirməkdir. Belə ki, soğanı kolbasa kimi doğramaq, sonra isə onu ayağın altında yerləşdirib, corabı geyinmək lazımdır. Gecə bu formada yatmaq məsləhət görülür. Meridianların stimullaşdırılması ilə paralel, bu üsul dərinin üstündəki bakteriya və mikrobların öldürülməsinə də yardım edir. Onun tərkibindəki fosfor turşusu isə qana düşərək, onun təmizlənməsinə kömək edir.

Çin təbibləri eyni zamanda müalicə məqsədilə istifadə olunmuş soğan və sarımsağı daha sonra dərhal atmağı məsləhət görür. Amma maraqlıdır ki, gecə boyu corabın içində soğan-sarımsaq saxlamağı çin təbibləri ilə yanaşı, milli tibb də məsləhət görür. Doğrudur, meridianların təmizlənməsi üçün yox, soyuqdəymənin qarşısını almaq üçün.

Bu üsuldan istifadə etmənin faydası:

1. Siz öz qanınızı təmizləyə bilərsiz. Bunu soğanın tərkibindəki fosfor turşusu edə bilər.
2. Bütün zərərli bakteriya və mikroblar yerli-dibli məhv olur.
3. Daha sizin ayaqlarınızdan xoşagəlməz qoxu gəlməyəcək. Musavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler