Hollivudun seksual müsəlmanları- (SİYAHI, FOTO)Bölmə: MARAQLI, BLOK XƏBƏR
![]() Kimisi dünya ulduzudur, kimisi Hollivudun məşhur seriallarında kiçik rollar alır, amma hamısının bir ortaq nöqtəsi var - türk, müsəlman olmaqları. ANS PRESS-in məlumatına görə, Türkiyə mediası dünyaca məşhur cazibədar Türk sənətçilərin siyahısını hazırlayıb. Li Mişel - ABŞ vətəndaşıdır, lakin ata tərəfindən türkdür, anası isə italyan. Nyu Yorkda doğulub böyüyən Mişel son günlərdə ilk albomu ilə yenidən gündəmdədir. Aylin Bayramoğlu - Dünyanın ən məşhur musiqi musabiqələrindən birinə qatılıb. Adelin “Rolling In The Deep” adlı mahnısını ifa edib və o andan etibarən həftə boyunca ABŞ Aylinin performansdan danışıb. Aylin şouya qatılmaq üçün Los-Ancelesə köçüb, müsəlman olduğu üçün yarışmanın əvvəlindən tamaşaçıların diqqətini çəkməyi bacarıb. Umut Erdem - indi Matt Erdems adı ilə tanınır. Los-Ancelesə köçəndən sonra adını dəyişib. Bu günə qədər “Taken və Girls Club” kimi filmlərdə kiçik rollar alan gənc oyunçu “Fateh-1453-cü ildə” də rol aldı. Ayşə Tezel - 33 yaşlı aktrisa Yeni Zelandiyada doğuldu, amma türkdür. Xüsusilə Yeni Zelandiyada çox məşhur olan gənc ulduz, London və Los-Ancelesdə da kiçik rollarda kamera qarşısına keçib. Aktyor və prodüser olan Rüya Komanın 30 yaşı var və ABŞ-da yaşayır. Bir çox qısa filmin prodüserliyi ilə yanaşı, “Bored to Death” adlı məşhur televiziya serialında da iştirak edib. Aişə Türkiyədə doğulub, böyüyüb. Ancaq xəyallarını reallaşdırmaq üçün 1997-ci ildə ABŞ-a köçüb. Aişə Əldə hər zaman “müsəlman qadın” rollarını canlandırır. Bu günə qədər “Sex & The City” və “Zero- Hour” kimi filmlərdə yer alıb. ![]() ![]() ![]() ![]() ![]() |
|