» » Dünyanın ən gözəl qadını seçildi, bu xəbərə güldü

Dünyanın ən gözəl qadını seçildi, bu xəbərə güldü

Bölmə: MARAQLI
Dünyanın ən gözəl qadını seçildi, bu xəbərə güldüPeople jurnalının versiyasına görə, dünya şöhrətli Hollivud aktrisası, “Oskar” laureatı Sandra Bullok 2015-ci il üzrə dünyanın ən gözəl qadını seçilib.

Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, jurnal aktrisanın öz xarici görünüşünü o qədər də önəmsəmədiyini yazır. Bullok “People”ın seçimini eşitdiyi zaman ürəkdən güldüyünü bildirib.

“Əsl gözəllik sakit olandır. Ən gözəl saydığım insanlar belə görünməyə can atmayanlardır” - deyə Sandra qeyd edib.

Jurnalın versiyasına görə, Bullokun gözəlləşməyinə əsas səbəblərdən biri 5 yaşlı oğlu Luisdir. Aktrisa özü də oğlunun onu xoşbəxt etdiyini açıqlayıb:

“Bir dəfə oğlumu yatıranda məndən niyə bu qədər qırışımın olduğunu soruşdu. Mən də buna səbəb kimi qocalığı deyil, çox gülməyimi göstərdim. Luis cavabı ilə məni təəccübləndirdi: “Ana, sən qoca deyilsən, sadəcə çox xoşbəxtsən””.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler