DataLife Engine > MANŞET > Prezidentin əfv etdiyi Əli Əliyev azadlıqda

Prezidentin əfv etdiyi Əli Əliyev azadlıqda


8-05-2023, 18:51. Yerləşdirdi: Tural Prezidentin əfv etdiyi Əli Əliyev azadlıqda





Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı icra olunub.


Xalqinfo.az xəbər verir ki, adı əfv siyahısında yer alan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu gün azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.


Geri qayıt