DataLife Engine > MANŞET > İlham Əliyev TBMM sədri ilə

İlham Əliyev TBMM sədri ilə


13-06-2014, 11:37. Yerləşdirdi: Tural İlham Əliyev TBMM sədri ilə
Prezident İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iclasında iştirak etmək üçün Bakıda gələn Türkiyə Böyük Milllət Məclisinin sədri Cəmil Çiçəyi qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq əlaqələri müzakirə edilib, iki dövlətin parlamentlərarası əlaqələrinin daha da genişləndiriləcəyindən söhbət açılıb. TBMM-nin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqqlı mövqeyini dəstəklədiyi ifadə olunub.

Qeyd edək ki, Bakıda Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) 5-ci plenar iclası başlayıb.
Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik Türkiyədən Azərbaycana keçib.

TürkPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.

Geri qayıt