Ukrayna Basayevin hərbi taktikasını tətbiq edirBölmə: MANŞET
![]() Ukrayna Müdafiə Qüvvələrinin Kursk və Belqorod vilayətlərində mövcudluğu üç əsas məqsəd daşıyır – hərbi, siyasi və psixoloji. Xalqinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyat Şurasının sədri İvan Timoçko deyib. “Bu, vaxtilə Rusiyanı xeyli kiçik olan İçkeriyaya güzəştə getməyə məcbur edən amildir. İçkeriya təşəbbüs göstərdi və öz ərazilərindən kənara çıxaraq Rusiyanın dərinliklərinə daxil oldu. Bu, ilk dəfə olaraq rus komandanlığını sülh sazişlərinə getməyə vadar etdi. Bizim tədbirlərimiz və Rusiya ərazisindəki mövcudluğumuz Rusiya haqqında yaradılmış “məğlubedilməzlik” və Putinin hər şeyi nəzarətdə saxlaya bilməsi kimi narrativi darmadağın edir. Bu isə beynəlxalq danışıqlarda kifayət qədər güclü mövqe tutmağa imkan verir”, – deyə Timoçko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya bir daha Xarkov və Sum vilayətlərinə hücuma keçmək istəyir. Lakin Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisində mövcudluğu işğalçıların planlarını pozur: “Onlar əsgərlərini bu istiqamətlərdə saxlamağa məcburdurlar, çünki bizdən onlar üçün potensial təhlükə mövcuddur. Ona görə də indi biz diqqətlə izləyəcəyik ki, onlar harada hücuma hazırlaşırlar və hücuma keçə bilərlər. Biz isə az sayda qüvvə ilə onların ordusunu öz ərazilərində cəmləşməyə məcbur edəcəyik”. Müəllif: Axar.az |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|