» » İtkin düşən hərbçimiz Ermənistana keçib?

İtkin düşən hərbçimiz Ermənistana keçib?

Bölmə: MANŞET
  İtkin düşən hərbçimiz Ermənistana keçib?





Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Xalqinfo.az-ın Axar.az-a istinadən məlumatına görə, erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini yazıb.

“Sputnik Ermənistan” bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.

Məlumatı rəsmi olaraq hələ ki nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler