» » Baqratın Azərbaycana xidməti şoka salır

Baqratın Azərbaycana xidməti şoka salır

Bölmə: MANŞET, GÜNDƏM
   Baqratın Azərbaycana xidməti şoka salır




Azərbaycanla delimitasiya, ümumiyyətlə normallaşma prosesinin əleyhinə olan revanşistlərin qabağa itələdiyi keşiş Baqrat Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı qətliamı ilə bağlı İrəvana tövsiyə və məsləhətinə nədənsə cavab vermək səlahiyyətinə malik olduğunu düşünüb.

Prezident İlham Əliyev Xocalıdakı soyqırımla bağlı Ermənistan hakimiyyətinin üzr istəməli olduğunu, bununla özündən əvvəlki hakimiyyətlərin günahının bəlkə də bir hissəsini yuya biləcəyini demişdi.

Normal, beynəlxalq hüquqa uyğun və dövlətçi yanaşmadır. Dünyada soyqırımlar törədən qatillər az olmayıb, ancaq növbəti hakimiyyətlər bu soyqırımları görə etiraf edib, üzr istəməklə düşmənçilik səhifəsini bağlayıblar. Ermənistan da Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, dəhşətli soyqırım cinayətinə, Sarkisyan-Köçəryan cütlüyünün törətdiyi qətliamlara görə üzr istəməlidir.

Keşiş Baqrat hansı dövləti səlahiyyətlə bu tövsiyəyə reaksiya verib? Heç bir vəzifə daşımayan, bir ovuc revanşistin qabağa verdiyi keşiş bu haqqı hansı əxlaqla özünə rəva görür?

Ancaq Baqratın əxlaqsızlığı təkcə bununla bitmir. Baqrat Xocalıya görə “bu şəxsin” (Paşinyanı nəzərdə tutur) üzr istəyə biləcəyini də istisna etməyib və bundan da təbliğatı üçün istifadə etməyə çalışıb. Halbuki keşiş adını daşıyan şəxs ən azı mənəvi baxımdan bu qətliama görə təəssüfünü bildirə bilərdi.

Baqrat erməni kilsəsinin mahiyyətidir. Erməni kilsəsi daim qan tökülməsini tərcih edib, onillərlə erməniləri buna sövq edib – qətliamlara xeyir-dua verib. Erməni kilsəsi tökülən qanlardan doymur, işğal düşüncəsini davam etdirmək istəyir. Baqratın başladığı “hərəkatın” da hədəfi budur.

Bəs Baqrat nəyə arxayındır?

Bu keşiş baş nazirliyə namizədliyini irəli sürür – ancaq seçkilərin keçirilməsi ehtimalını istisna edir; bu keşiş Paşinyana qarşı impiçment prosesinə başlamaq istəyir – ancaq mütləq çoxluğun Paşinyanın tərəfində olması səbəbindən heç ilk mərhələni, 36 imzanı tapıb, parlamentdə müzakirə aça bilmir; bu keşiş yolları bağlamaq istəyir – adam tapmır...

Bu keşiş hakimiyyətə gəlsə, hansı güclə Azərbaycanla normallaşma prosesindən imtina edəcəyini düşünür?

Cəmi 44 günə darmadağın olan erməni ordusuyla, yoxsa rəsmən 45 minlik ordunun 12 min fərarisi ilə? 44 günlük savaşda erməni ordusunun şəxsi heyətinin 60 faizi, texnikasının 85 faizi darmadağın edilib. Qisas çağırışı ilə sülh sazişindən imtina edəcəyi halda Azərbaycan Ermənistan ərazisində ən azı 40 kilometr dərinlikdə bufer-zona yaratmaq hüququ qazanacaq, Ermənistanın mövcudluğu isə müzakirəyə çıxarılacaq.

Paşinyan ağıllıdır, ona görə Ermənistana “kadastr” almaq istəyir. Çünki bu ölkənin “qeydiyyatı” yoxdur, Azərbaycanın hesabına genişləndirdiyi sərhədləri təsdiqlənməyib. Baqrat müharibə başladarsa, bu təsdiqlənməyən ərazilərini geri qaytara bilərik.

Sərkisyan-Köçəryan cütlüyünün qabağa verdiyi Baqrat əslində Azərbaycan-Türkiyə birliyinin maraqlarına xidmət edir – türk dövlətlərinin ortasında Rusiyanın yüzillərlə hazırladığı qarayara olan Ermənistanın varlığı faciəsini ortadan qaldırmaq dünyaya böyük ərmağan olardı...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler