İki rayona qadın prokuror təyin edildiBölmə: MANŞET
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xızı və Samux rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Xəyalə Aslanova və Könül Ələsgərova həmin vəzifələrə təyin olunub. Xalqinfo.az xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Xəyalə Aslanova 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Əvvəllər Binəqədi rayon prokurorluğunda müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə, Baş Prokurorluqda isə idarə prokuroru vəzifələrində çalışıb. Könül Ələsgərova isə 2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Bu təyinata qədər Qax və Nizami rayon prokurorluqlarında müstəntiq və prokuror köməkçisi, bundan başqa Baş şəhər prokurorluğunda şöbə prokuroru və Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifələrində çalışıb. Bununla da, prokurorluq orqanlarında rayon prokuroru kimi çalışan qadın əməkdaşların sayı 4-ə çatıb. Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyinə xüsusi əhəmiyyət verilməklə gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək. |
XƏBƏR LENTİ
01.09.24 22:06 | Parlament seçkilərinin növbəti “Exit poll” nəticələri - Siyahı
21.08.24 12:41 | Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
13.08.24 12:23 | Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti qəbul etmədi
12.08.24 15:33 | Elmar Məmmədyarov Rusiyaya səfir gedir?
12.08.24 15:28 | Ən çox şikayət edilən bankların SİYAHISI
12.08.24 15:26 | Kurskda rus qadının Ukrayna əsgərinə bu sözü şoka saldı
12.08.24 15:21 | Rus hərbçiləri Ukrayna ordusuna kütləvi şəkildə təslim olub
12.08.24 15:13 | ABŞ və İngiltərə Yəməni vurdu
12.08.24 15:12 | Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
12.08.24 15:06 | Prezidentdən başsağlığı
12.08.24 15:04 | Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
|