» » 17 namizəddən 10-nu seçkidən uzaqlaşdı

17 namizəddən 10-nu seçkidən uzaqlaşdı

Bölmə: MANŞET
 17 namizəddən 10-nu seçkidən uzaqlaşdı


Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

Xlqinfo.az Report-a istinadən xəbər verir ki, bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyi qeydə alınmayacaq.

Çünki həmin şəxslər yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri MSK-ya təqdim etməyiblər.

Xatırladaq ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Qeyd edək ki, İlham Əliyev, Zahid Oruc, Fuad Əliyev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli, Namizəd Səfərov və Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

İndiyə qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler