Mehmet Cahit Güran: “Türkiyə və Azərbaycan ulu öndərlərinin qoyduğu yol TDT-nin yaranmasına səbəb oldu” - FOTOBölmə: MANŞET
![]() “Həm Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün, həm də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin prinsipləri əsasında yaranan Azərbaycan və Türkiyənin sarsılmaz müttəfiqliyi bütün dünyaya nümunədir”. Bu fikirləri “Report”un Ankara bürosuna Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran bildirib. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladan rektor bildirib ki, hər iki liderin qoyduğu bu prinsiplərin yolu ilə gedən Azərbaycanla Türkiyə türk birliyinə zəmin yaradıblar: “Türkiyə və Azərbaycanın ulu öndərlərinin qoyduğu yol Türk Dövlətləri Təşkilatı kimi qüdrətli bir ittifaqın yaranmasına səbəb oldu. Getdikcə böyüməkdə olan bu birlik türkə xor baxanlara yerini tanıdır. Yəni bütün bunlar da Atatürk kimi, Heydər Əliyev kimi nadir şəxsiyyətlərin uzaqgörən siyasətlərinin nəticəsidir”. Rektor xatırladıb ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakıya gələrək gərgin mübarizələr nəticəsində Bakını işğaldan azad etməsi Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Bunu da təqdirolunan nümunə hesab etmək olar: “Mərhum Əliyev təsbitlərində bu dövrü xüsusi vurğulayaraq, “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi və yardımı heç vaxt unutmayacaqdır” deyə ifadə etməsi bugünkü nəslə çox mühüm mesajlar verir. ![]() Heydər Əliyev müstəqillik təməli 1918-ci ildə qoyulan Azərbaycanın inkişafı üçün həyatı boyunca mübarizə aparıb. O, bir tərəfdən, siyasi arenada, digər tərəfdən, hərbi sahədə strategiya və komandanlıq məsələlərində Türkiyə Respublikası ilə faydalı əməkdaşlıq qurub, dövlətin təhlükəsizliyi ilə yanaşı, siyasi, iqtisadi, mədəni və sosial maraqlarına uyğun olaraq xarici ölkələrlə dostluq mühiti yaratmağa çalışıb. Dövlətlər üçün önəmli şəxsiyyət olan Heydər Əliyev kimi nadir insanların hər zaman ehtiramla yad ediləcəyinə inanıram”. |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|