» » İlham Əliyev sərgidə- Fotolar

İlham Əliyev sərgidə- Fotolar

Bölmə: MANŞET
İlham Əliyev sərgidə- FotolarPrezident İlham Əliyev sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verib


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

"Xalqinfo" AzərTac-a istinadən xəbər verir ki, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlət başçısına sərgi haqqında məlumat verib. Bildirilib ki, bu il sərgidə yerli şirkətlərlə yanaşı, dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.

Dövlət başçısı sərgidəki milli və xarici pavilyonlarla tanış olub.

Prezident İlham Əliyev sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verib.

Azərbaycan Prezidenti sərginin iştirakçılarına uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.
İlham Əliyev sərgidə- Fotolar
İlham Əliyev sərgidə- Fotolar
İlham Əliyev sərgidə- Fotolar
İlham Əliyev sərgidə- Fotolar
İlham Əliyev sərgidə- Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler