“Parisdə Azərbaycanın təklifləri qəbul edilib”-Eks-dövlət müşavirindən AÇIQLAMABölmə: MANŞET
![]() Ermənistan prezidentlərinin Paris danışıqları sülhyaratma prosesinin növbəti mərhələsi kimi dəyərləndirilir. İstər rəsmi açıqlamalar, istərsə də müstəqil ekspert rəylərindən belə qənaət formalaşır ki, danışıqların Paris raundu Qarabağ probleminin həlli istiqamətində müsbətə doğru dəyişiklik üçün stimuldur. Lakin Qarabağ düyünü ilə bağlı əhəmiyyətli dönüş nöqtəsinin yaranması haqqında fikirlərin səsləndiyi bir vaxtda, Ermənistan tərəfi öz ənənəsinə sadiq qalaraq, məkrli niyyətlərini dövriyyəyə buraxır. Dünən Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryan Paris müzakirələrini şərh edərkən bir daha rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyini dilə gətirib. O, bəyan edib ki, Azərbaycan tərəfi irəliləyişə nail olmaq istəyirsə, separatçı Dağlıq Qarabağ rejimini tərəf kimi tanımalıdır. Mövzu ilə bağlı modern.az saytına şərh verən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, məsələyə belə yanaşmanın kökündə ATƏT-in Minsk qrupunun açıqlamaları dayanır. Ekspert hesab edir ki, Azərbaycan Paris danışıqlarında xeyli yeni təklifləri də irəli sürüb. “Dağlıq Qarabağdakı separatçı rejimin tərəf kimi tanınması ideyasını ilk dəfə Minsk qrupunun həmsədr dövlətləri ortaya atıb. Azərbaycan Parisdə böyük sülh sazişi ilə bağlı məsələni gündəmə gətirib. Görünür, bu təklif qəbul edilib. Üstəlik, Azərbaycan Laçın dəhlizi müqabilində Naxçıvan-Mehri dəhlizinin verilməsini də təklif edib”, - deyən politoloq Parisdə Azərbaycanın təkliflərinin Ermənistanınkından konstruktiv və üstün olduğu qənaətindədir. Sabiq dövlət müşaviri hesab edir ki, Ermənistan tərəfi bu təkliflərin öz xeyirlərinə əsaslandıra bilmədiyindən, kontur-arqument kimi, Dağlıq Qarabağdakı tanınmamış rejim məsələsini ortaya atıb. Qabil Hüseynli növbəti təxribat cəhdlərində Rusiyanın amilindən də danışıb: “Amma bunlar hamısı boş şeydir. Dağlıq Qarabağ Azərbaycan tərəfindən heç vaxt tərəf kimi tanına bilməz. Rusiya həmişə Azərbaycana təklif edir ki, Dağlıq Qarabağı tərəf kimi danışıqlar prosesinə cəlb etsin. Kreml indi də bu məsələni ortaya atmaq niyyətindədir. Bu mövqe ilə Fransa və qismən ABŞ-ın nümayəndəsi də razıdır”. Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın dövlət başçısının təşəbbüsü ilə oktyabrın 27-də Parisdə bir araya gəliblər. |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|