» » "Düşmən layiqli cavabını aldı"İlham Əliyev-Video

"Düşmən layiqli cavabını aldı"İlham Əliyev-Video

Bölmə: MANŞET
"Düşmən layiqli cavabını aldı"İlham Əliyev-Video
Təmas xəttində iyulun sonu və avqustunda əvvəllərində tərəflərin ciddi itkisi və yaralanması ilə nəticələnən gərgin vəziyyətə bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında toxunub. İlham Əliyev bəyan edib ki, həmin hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verib. Dövlət başçısı çıxışında Nazirlər Kabinetinin toplantısında son 9 ayın hadisələri çərçivəsində “Cənub” qaz layihəsinin təməlinin qoyulmasından tutmuş bu müddət ərzində əldə edilən nəticələr və hədəflərə qədər toxunub.

ans tv-nin məlumatına görə, Prezident İlham Əliyev bu ilin 9 ayının sosial-iqtisadi inkişafını uğurlu olduğunu deyərək, dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda daxili məhsulun 2,5 faiz, qeyri-neft sektorun isə 6 faiz artığını bildirib. Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən prezident İlham Əliyev, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulduğunu, onun da 11 milyard dollarının daxili investisiyalar təşkil etdiyini bildirib. Prezident İlham Əliyev keçən ay təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsilə bağlı fikirlərini də bölüşərək bunu tarixi hadisə adlandırdı.

“Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik və əminəm ki, yaxın gələcəkdə “Cənub” qaz dəhlizi tikilərək istifadəyə veriləcək. Və ölkəmizin bundan sonra 10 illiklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq. İqtisadi sahədə yeni imakanlar yaranacaq. Kəmərin tikintisi zamanı 10 minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək”, – deyə İlham Əliyev bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlət başçısı, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistanın məhəl qoymadığını, bu fikri səsləndirən qüvvələrin isə təsirli addımlar atmadığını bir daha vurğuladı. O, həmçinin, bu ilin üçüncü rübündə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan ordusunun düşmənə layiqli cavabını verdiyini bildirdi.

Daha sonra müşavirədə nazirlər bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər. İclasa yekun vuran prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini dedi.

Dövlət başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini deyərək, texniki baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirdi. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən prezident İlham Əliyev bu oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini bildirdi.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler