» » “Əlimizdən gələni edəcəyik” – Mehriban Əliyeva

“Əlimizdən gələni edəcəyik” – Mehriban Əliyeva

Bölmə: MANŞET
“Əlimizdən gələni edəcəyik” – Mehriban Əliyeva
“Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli əlaqələrimizin bir çox sahələrdə, xüsusilə ticarət və investisiya sahələrində inkişafı üçün əlverişli şərait yaradır. Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamasına və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən on ildə ölkəmizin ümum daxili məhsulu üç dəfə artmışdı və bu gün bütün Cənubi Qafqaz regionunun ümum daxili məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür”.


“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Yunanıstanın paytaxtı Afinada 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının Heydər Əliyev Fondu tərəfindən təşkil olunan təqdimatında deyib. O, bildirib ki, energetika sektorunda əməkdaşlığımız yeni müstəviyə yüksəldilib: “Bu yaxınlarda “Cənub” Qaz Dəhlizi layihəsinə start verməklə Azərbaycan Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini vermişdi”.

M. Əliyeva bildirib ki, bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır: “Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdu. İdmançılarımız 1996-cı ildən etibarən olimpiya oyunlarında iştirak etmiş və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son yay olimpiya oyunlarında idmançılarımız 10 olimpiya medalı qazanmışdı və medal sayına görə ümumi reytinqdə ilk 30 ölkə sırasına daxil olmuşdu. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya kompleksi tikilmişdi və bu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açmışdı.

Azərbaycan ilk Avropa oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. “Bakı-2015” Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaqdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler