İlham Əliyev Yasamal məktəbində olubBölmə: MANŞET
Hacıbala Abutalıbov dövlət başçısına məktəbdə görülən işlər barədə məlumat verib Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. “Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məktəbdə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, 153 nömrəli tam orta məktəbin binası 4 mərtəbə, 3 korpusdan ibarətdir. Məktəbdə yenidənqurma işlərinə ötən ilin oktyabrında başlanılıb və yüksək səviyyədə həyata keçirilib. 80 sinif otağı, o cümlədən 6 fənn kabinetindən ibarət məktəb 1500 şagird yerlikdir. Hazırda burada 1 növbədə, rus və azərbaycan dillərində 700 şagird təhsil alır. Məktəbdə 2 idman zalı, akt zalı, kitabxana, kompyuter, əmək təlimi və tibb otaqları da yaradılıb. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı pedaqoji kollektivlə xatirə şəkli çəkdirib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|