Bakının məşhur restoranında dava- 8 yaralı+YenilənibBölmə: MANŞET
Həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çeviriblər Bakının məşhur restoranlarından birində-“Oazis”də dava düşüb. Restoranda olan hadisə şahidlərindən “Qafqazinfo”ya verilən məlumata görə, dava ad günü qeyd edən bir ailənin yaxınları arasında başlayıb. Mühafizəçilər yaranan insidenti sakitləşdirsələr də, 20 dəqiqədən sonra ara yenidən qarışıb. Bu dəfə həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çeviriblər. Bundan sonra “qəhrəmanlar” restoran xidmətçilərini və mühafizəçiləri də döyməyə başlayıblar. Ən azı iki nəfərin bıçaqlanaraq yaralandığı bildirilir. Restorandakı vəziyyət o həddə çatıb ki, insanlar qorxaraq mətbəxə qaçıblar. *** Lent.az-ın məlumatına görə, müştərilərlə restoranın mühafizəçiləri arasında baş verən insident zamanı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Restorana müştəri kimi gələn 8-9 nəfərlik qrup sərxoş olduqdan sonra digər müştəriləri narahat etməyə başlayıblar. Bu zaman restoranın müşahidəçiləri onlara mane olmağa çalışıblar və tərəflər arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Dava zamanı bıçaqlardan da istifadə edib. İlkin məlumata görə, 5 mühafizəçi və onlarla dalaşanlardan 3-ü xəsarət alıb. Xəsarət alanlar arasında bıçqlananlar da var. Yaralılar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat qrupu gəlib, araşdırma aparılır. Dava salan şəxslər axtarılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|